İsrail ordusu Livanın cənubundakı döyüş zonasında daha bir itki verib.
Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin məlumatına görə, Hayfa sakini, 29 yaşlı ehtiyatda olan baş çavuş Aleksandr Filin həlak olub.
Qeyd olunur ki, onunla birlikdə eyni hadisədə iki İsrail zabiti və bir əsgər yaralanıb, daha dörd əsgər isə yüngül xəsarət alıb.