Paraqvay 10 nəfərlə Türkiyəni məğlub etdi

09:05 - 20 İyun 2026 - İDMAN

Futbol üzrə dünya çempionatının D qrupunun II turunda Türkiyə - Paraqvay oyunu baş tutub.

Ucnoqta.az xəbər verir ki, San-Fransiskonun Bay Arena stadionunda keçirilən matç Paraqvay millisinin qələbəsi ilə yekunlaşıb. Oyunun 2-ci dəqiqəsində Matias Qalarsa Paraqvayı önə çıxarıb. Birinci hissənin əlavə olunmuş 3-cü dəqiqəsində rəqib oyunçu Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün meydandan qovulub.

Azlıqda qalan Paraqvay millisi 1:0 hesabı ilə Türkiyə yığmasını məğlub edib.

Xatırladaq ki, Türkiyə millisi keçirdiyi ilk görüşdə Avstraliya yığmasına da məğlub olmuşdu.

Sonuncu ABŞ millisi ilə oyunun nəticəsindən asılı olmayaraq Türkiyə yığması növbəti mərhələyə yüksəlməyəcək.

D qrupu

20 iyun

07:00. Türkiyə - Paraqvay - 0:1 

Qol: Matias Qalarsa, 2 

Qırmızı vərəqə: Migel Almeron, 45+3 (Paraqvay)

Xəbər xətti