Putin ordusunun evə qayıtmasından qorxur.
Ucnoqta.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib. Zelenski bildirib ki, buna görə də müharibənin qələbəsiz bitməsindən çox qorxur:
"Heç bir qələbə olmayacaq. O, fiziki olaraq ordusundan qorxur. Buna görə də, konkret təhlükəsizlik zəmanətləri olmadan atəşkəs olmazsa, o, müharibəyə qayıdacaq. Və bu dəfə başqaları hücuma məruz qala bilər" - Ukrayna prezidenti qeyd edib.