Mövlud Çavuşoğlunun qardaşı güllələndi - FOTO

11:25 - 6 May 2026 - SİYASƏT

Dünən axşam saatlarında keçmiş xarici işlər naziri və AKP Antalya millət vəkili Mövlud Çavuşoğlu və Alanyaspor klubunun prezidenti Həsən Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlunun yanacaqdoldurma məntəqəsindəki ofisindən silah səsi eşidilib.

Ucnoqta.az xəbər verir ki, əraziyə səhiyyə və təhlükəsizlik qrupları göndərilib. Qruplar Çavuşoğlunu yaralı vəziyyətdə tapıblar. İlkin müalicədən sonra Çavuşoğlu xəstəxanaya aparılıb və əməliyyat olunub. Xəstəxanadan alınan son məlumata görə, Aydın Çavuşoğlunun sağlamlıq vəziyyəti kritik olaraq qalır. Təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi ofisdə və yanacaqdoldurma məntəqəsində araşdırma aparıb.

Keçmiş xarici işlər naziri və AKP Antalya millət vəkili Mövlud Çavuşoğlunun xaricdə olduğu, xəbərdar edildiyi və şəhərə qayıdacağı bildirilib. Hadisə ilə bağlı araşdırma davam edir. ///DHA

Xəbər xətti