ABŞ-ın Hörmüz boğazında iki yük gəmisinə hücumu nəticəsində ən azı beş nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, mülki yük daşıyan gəmilər Omanın Həsəb limanından İran sahillərinə doğru gedirdi. Hadisə ABŞ-ın bir neçə İran qayığını batırdığı barədə məlumatlar təsdiqləndikdən sonra aşkar edilib.