“Space”ə yeni rəhbər təyin edilən Ayaz Mustafayevi kimdir? - DOSYE

16:50 - 4 May 2026 - MEDİA

Xəbər verdiyimiz kimi, “Space” televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Ayaz Mustafayev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alaraq, oranı fərqlənmə diplomu ilə bitirib.

2010–2011-ci illərdə Malta Universitetinin nəzdində fəaliyyət göstərən Aralıq Dənizi Diplomatik Akademiyasında “Diplomatiya” ixtisası üzrə magistr təhsili alıb. Eyni zamanda ADA Univetsitetinin “Advanced Foreign Service Program”ının məzunudur.

Əmək fəaliyyətinə 2009-cu ildə başlayan Ayaz Mustafayev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, eləcə də ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb. Daha sonra isə Böyük Britaniyadakı əmək fəaliyətini İctimai Televiziyanın və AZTV-nin London bürosunda davam etdirib. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.

Son olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifədə çalışıb.

Ailəlidir, iki övladı var.

Xəbər xətti