Arkadiya gölü yaxınlığında 4 nəfər güllələnib

08:03 - 4 May 2026 - HADİSƏ

ABŞ-ın Oklahoma ştatındakı Arkadiya gölü yaxınlığında 3 may tarixində baş verən atışmada dörd nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki Yerli KWTV-DT televiziya kanalı bu barədə məlumat yayıb. 

Məlumata görə, hadisə yerinə çatanda polis maşında güllə yarası alan dörd nəfər tapıb.

Yaralıların vəziyyəti və ya hadisənin səbəbi barədə hələlik heç bir məlumat verilməyib.

Xəbər xətti