Azərbaycanın tanınmış aktyoru, Əməkdar artist Rəhman Rəhmanov ilk dəfə ARB TV-də yayımlanan "Demək olmaz" verilişində qonaq olarkən illər əvvəl itirdiyi oğlu müğənni Emil Rəhmanovla bağlı ürəkağrıdan etiraflar edib.
Ucnoqta.az xəbər verir ki, Emil Rəhmanov illər öncə səhhətində yaranan ciddi problemlər səbəbindən vəfat edib. Qeyd edək ki, aktyor bu barədə müsahibə verməkdən yayınırdı.
Əməkdar artist bildirib ki, bu barədə ilk dəfədir danışır:
"Biz onu evləndirəndən sonra onun öz ailəsi, öz işi var idi. Nə baş veribsə həmin dövrdə baş verib. Mən verdiyim tərbiyə dövründə heç nə olmayıb. Onun pis vərdişi ətrafı pis olduğuna görə yaranıb. Bu barədə biz gec bildik".
Aktyor oğlunun ölüm səbəbindən danışıb: "Genetik olaraq bizdə damar problemi var. Emil trombdan rəhmətə getdi."