Aİ İrana qarşı yeni sanksiyaları təsdiqlədi

15:46 - 11 Mart 2026 - DÜNYA

Avropa İttifaqı (Aİ) səfirləri insan haqlarının pozulmasında günahkar olduqları iddia edilən 19 İran rəsmisi və təşkilatına qarşı yeni sanksiyaları təsdiqləyib.

Ucnoqta.az bildirir ki, bu barədə AB Diplomatik Xidmətinin rəhbəri Kaja Kallas məlumat verib.

"Bu gün Aİ səfirləri ciddi insan haqları pozuntularında günahkar olan 19 rejim rəsmisi və təşkilatına qarşı yeni sanksiyaları təsdiqlədi" - Kallas qeyd edib.

Xatırladaq ki, 29 yanvarda Aİ daxili işlər naziri də daxil olmaqla 15 İran təhlükəsizlik rəsmisinə qarşı sanksiyalar tətbiq edərək, onları İranda hökumət əleyhinə etirazlara qarşı kobud və qəddar insan haqları pozuntuları"nda ittiham edib.

Xəbər xətti