Sabirabadda narkotik alverində şübhəli bilinən qadın saxlanıldı

09:02 - 5 Mart 2026 - ÖLKƏ İÇİ

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti