Mərkəzi Bank vəzifəli şəxsi cərimələdi

14:50 - 3 Mart 2026 - İQTİSADİYYAT

Mərkəzi Bank “Fizza Pay” MMC-nin vəzifəli şəxsinə cərimə tətbiq edib.

Ucnoqta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Belə ki, tənzimləyici tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə, “Fizza Pay” MMC-nin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Xəbər xətti