İşdən çıxarılan Zaur İbrahimova yüksək vəzifə verildi

13:37 - 19 Fevral 2026 - Xəbər

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Zaur Kamal oğlu İbrahimov tutduğu vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, Zaur Kamal oğlu İbrahimova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sədr müavini təyin edilib.

Qeyd edək ki, 1978-ci ildə Gəncə şəhərindən anadan olan Zaur İbrahimov 2020-ci ilin iyul ayından etibarən Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

Xəbər xətti