Xüsusilə uşaqlar tərəfindən sevilən məşhur bir içki dərinin qocalma prosesini yavaşlada bilər.
Ucnoqta.az xəbər verir ki, alimlər bu içkini araşdırma apardıqdan sonra kəşf etdilər. Dərini cavanlaşdırmaq xüsusiyyətinə malikdir. Söhbət kakaodan gedir.
Daily Mail-in məlumatına görə, məşhur amerikalı həkim və yazıçı Maykl Qreqer öz tədqiqatlarına əsaslanaraq təbii kakao tozunun istehlakının dəri toxumasını və elastikliyini yaxşılaşdırdığını iddia edir.
Gündəlik kakao tozu içmək cəmi 12 həftə ərzində dərinizi daha möhkəm və daha nəmli edəcək. Daha üç aydan sonra qırışlar azalacaq və dəri elastikliyi geri dönəcək.
Bu nəticələrə nail olmaq üçün yalnız təbii kakao istehlak etməlisiniz. Emal olunmuş və ya qatqı tərkibli kakao heç bir fayda verməyəcək.
Qreqer həmçinin gəncliyi qorumaq üçün gündəlik ispanaq yeməyi tövsiyə etdi. Bu bitki dəridə, saçda, dırnaqlarda və oynaqlarda hüceyrələrin yenilənməsi üçün vacib olan kollagen istehsalının artmasına kömək edir.