Argentinada 720 kiloqram ağırlığında peçenye bişirildi

16:38 - 16 Fevral 2026 - MARAQLI

Argentinada 720 kiloqram ağırlığında rekord qıran peçenye bişirilib.

Ucnoqta.az xəbər verir ki, Şirniyyatçılar Birliyi tərəfindən təşkil edilən tədbir Mar del Plata şəhərinin 152-ci ildönümünə təsadüf edib. Şirniyyat ötən ilki 640 kiloqram nəticəni geridə qoyaraq, yeni rekordun rəsmi olaraq qeydə alındığı MAR Muzeyində nümayiş etdirilib.
Bu möhtəşəm desertin hazırlanması bir neçə gün çəkib.

Xəbər xətti