Argentinada 720 kiloqram ağırlığında rekord qıran peçenye bişirilib.
Ucnoqta.az xəbər verir ki, Şirniyyatçılar Birliyi tərəfindən təşkil edilən tədbir Mar del Plata şəhərinin 152-ci ildönümünə təsadüf edib. Şirniyyat ötən ilki 640 kiloqram nəticəni geridə qoyaraq, yeni rekordun rəsmi olaraq qeydə alındığı MAR Muzeyində nümayiş etdirilib.
Bu möhtəşəm desertin hazırlanması bir neçə gün çəkib.