İspaniyanın Manlleu bələdiyyəsindəki yaşayış binasında yanğın baş verib, nəticədə ən azı beş nəfər ölüb, dörd nəfər yaralanıb. Hadisə Barselonanın Osona əyalətindəki bir binada baş verib.
Ucnoqta.az xəbər verir ki, regional hakimiyyət orqanları yanğın barədə məlumat verib.
İlkin məlumatlara görə, yanğın əvvəllər anbar kimi istifadə edilən, lakin yaşayış sahəsinə çevrilən beşmərtəbəli binanın dam örtüyündə başlayıb. İçəridə olanlar qaça bilməyiblər. Yanğınsöndürənlər hadisə yerinə gəlib və yanğını təxminən yarım saat ərzində söndürüblər.
Araşdırma başlanıb.