ABŞ Qrenlandiyanın təhlükəsizliyini təmin edir və buna görə də adanın təbii sərvətlərinə hüququ olmalıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib.
"Əvvəlcə, qoruduğumuz bu minerallarla zəngin, təbii sərvətlərlə zəngin ərazinin sərvətində pay istəyirik", - deyə o, Newsmax-a verdiyi müsahibədə bildirib.
Vensin sözlərinə görə, adanın təhlükəsizliyini Danimarka deyil, ABŞ-nin gücü təmin edir.
"Ən əsası, bu, milli təhlükəsizlik baxımından vacibdir. Özünüzə sual verin, əgər başqa bir ölkə ABŞ-a qitələrarası ballistik raket atsaydı, nə baş verərdi? Arktikaya nəzarət olmasa, bütün raketdən müdafiə sistemimiz qeyri-sabit olardı", - deyə o bildirib.