Ucnoqta.az
www.ucnoqta.az

Qrenlandiyanın təhlükəsizliyini ABŞ-nin gücü təmin edir

08:23 - 23 Yanvar 2026 tarixində dərc olunub.

ABŞ Qrenlandiyanın təhlükəsizliyini təmin edir və buna görə də adanın təbii sərvətlərinə hüququ olmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib.

"Əvvəlcə, qoruduğumuz bu minerallarla zəngin, təbii sərvətlərlə zəngin ərazinin sərvətində pay istəyirik", - deyə o, Newsmax-a verdiyi müsahibədə bildirib.

Vensin sözlərinə görə, adanın təhlükəsizliyini Danimarka deyil, ABŞ-nin gücü təmin edir.

"Ən əsası, bu, milli təhlükəsizlik baxımından vacibdir. Özünüzə sual verin, əgər başqa bir ölkə ABŞ-a qitələrarası ballistik raket atsaydı, nə baş verərdi? Arktikaya nəzarət olmasa, bütün raketdən müdafiə sistemimiz qeyri-sabit olardı", - deyə o bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası