Seulda sərnişin avtobusu səkiyə sürüşərək metro stansiyasının yaxınlığındakı binaya çırpılıb və nəticədə ən azı dörd nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap Xəbər Agentliyi məlumat verib.
Hadisə Cənubi Koreya paytaxtının mərkəzində, Seodaemun stansiyasının girişinin yaxınlığındakı kəsişmədə baş verib.
Xəsarət alanlardan birinin xəsarətləri kritik hesab olunur.
Hadisə yerinə polis gəlib. İlkin məlumata görə, avtobus sürücüsü sərxoş olmayıb.