Yaponiyanın Honşu adasında 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami xəbərdarlığı edilməyib.