Hərbçimiz Laçında minaya düşdü

23:27 - 27 Noyabr 2025 - ÖLKƏ İÇİ

Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşüb.

Ucnoqta.az Gununsesi.info-ya istinadən xəbər verir ki, mina partlayışı nəticəsində hərbçimiz ağır yaralanıb.

Hərbçinin yaxınları onun ayaqlarından birinin amputasiya olunduğunu bildiriblər. Vəziyyəti ağır olan V.Cabbarov hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.

Xəbər xətti