Ağstafaya əlavə qatar reysləri təyin edilib

11:23 - 27 Noyabr 2025 - ÖLKƏ İÇİ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 28 noyabr tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

ADY-dən verilən məlumata görə, eyni zamanda, sərni.inlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.

Qeyd edək ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Xəbər xətti