Ermənistanın KTMT-dən çıxması müzakirə olunmur.
Ucnoqta.az xəbər verir ki, Ermənistan Xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə bildirib ki, Yerevan təşkilatın qərar qəbuletmə və sənəd qəbuletmə prosesində iştirak etmir, eyni zamanda müdaxilə etmir.
"Bu mərhələdə bizim siyasətimiz belədir. Ermənistan xarici siyasətini öz maraqlarına, şaxələndirmə və balans prinsiplərinə əsaslanaraq həyata keçirir."
KTMT liderlərinin sammiti sabah Bişkekdə açılır. Rusiya prezidentinin köməkçisi Uşakov əvvəllər elan etdiyi kimi, Ermənistan iştirak etməyəcək.