Avroviziya təmsilçimiz Samirə Əfəndi onu təhqir edən Azad Vətən Partiyasının sədri Akif Nağıdan məhkəməyə şikayət edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində məlumat yayıb.
Müğənni vəkilinin bununla bağlı hüquqi işlərə başladığını bildirib.
Xatırladaq ki, Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı müğənni Samirə Əfəndi haqqında sərt ifadələr işlədib.