Pakistanın Peşəvər şəhərindəki federal polis qərargahına intiharçı hücum edib.
Ucnoqta.az xəbər verir ki, "Dawn" qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, təhlükəsizlik qüvvələri cavab əməliyyatında iki silahlını öldürüb. "Reuters" agentliyi partlayış nəticəsində üç nəfərin öldüyünü bildirir.