İdxal olunan pendir məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Ucnoqta.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı "GFC" MMC-nin İordaniyadan idxal etdiyi 1200 kq “Nabil Jalapeno Çeddar Pendirli Kürəciklər” əmtəə nişanlı pendir məhsulu partiyasında mikrobioloji çirklənmə (Listeria monocytogenes) müəyyən edilib.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.