İran 34 milyonluq daha iki Amerika PUA-nı vurdu

21:35 - 1 Aprel 2026 - DÜNYA

İran Silahlı Qüvvələri daha iki Amerika MQ-9 Reaper ağır kəşfiyyat və hücum pilotsuz təyyarəsini vurub.

Ucnoqta.az xəbər verir ki, CBS News bu barədə məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan iki ABŞ rəsmisi dronların İsfahan yaxınlığında məhv edildiyi bilidirir.

Bununla da, ABŞ-nin İrana qarşı hazırkı kampaniyası zamanı itirdiyi MQ-9 pilotsuz təyyarələrinin ümumi sayını 16-ya çatıb.

Qeyd edək ki, hər bir belə pilotsuz təyyarənin orta qiyməti təxminən 34 milyon dollardır.

Xəbər xətti