ABŞ Ordusunun katibi Daniel Driskoll nəticədə Pit Heqseti ABŞ Müdafiə naziri vəzifəsində əvəz edə bilər.
Ucnoqta.az xəbər verir ki, CNN-in məlumatına görə, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli səylərində Driskolla həvalə edilən qeyri-adi rol, onun Pentaqon rəhbəri vəzifəsində nəticə etibarilə Pit Heqseti əvəz edə biləcəyi ilə bağlı fərziyyələri yenidən canlandırıb.
CNN iddia edir ki, bu ssenari ABŞ administrasiyası daxilində bir neçə aydır ki, sakitcə müzakirə olunur.
Qeyd olunur ki, Tramp Driskolla rəğbət bəsləyir və Ukrayna böhranının həlli üçün atılan addımlar barədə müntəzəm olaraq onun fikrini soruşur.