Qahirə konfransı təxirə salındı

01:44 - 26 Noyabr 2025 - DÜNYA

Noyabrın sonuna planlaşdırılan və Misirin ev sahibliyi etdiyi Qəzzanın yenidən qurulması ilə bağlı beynəlxalq konfrans Fələstin anklavındakı vəziyyətə görə təxirə salınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ümumərəb qəzeti Əşarq əl-Əvsət Misir mənbəyinə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, konfrans ayın sonunda planlaşdırıldığı kimi baş tutmayacaq və daha sonra keçiriləcək.

Bundan əlavə, o, qeyd edib ki, anklavın İsrail tərəfindən idarə olunan ərazilərindəki vəziyyətlə bağlı hazırda paralel səylər davam edir.

Xəbər xətti