Bu şəxslərə 4000 manat veriləcək - Siyahı

15:06 - 27 Noyabr 2025 - Cəmiyyət

Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, sözügedən məvacib komissiya üzvlərinə 2025-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsində layihələrin qiymətləndirilməsinə görə veriləcək.

Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:

1. Quliyev Elçin Musa oğlu, 
2. Salayev Ayaz Ramiz oğlu, 
3. Məmmədova Şəfiqə Haşımovna, 
4. Məmmədov Nəriman Kamileviç, 
5. Məmmədov Hikmət Baba oğlu, 
6. Məmmədov Vüsal Fəxrəddin oğlu. 

///İqtisadiyyat.az

Xəbər xətti