Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini olan iki vətəndaş polisə müraciət edərək gecə saatlarında evlərindən qaz sayğaclarının oğurlandığını bildiriblər.
Ucnoqta.az xəbər verir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, keçmişdə də məhkum olunmuş 35 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Nəsimi rayonunda isə zərərçəkənlərin evlərinin qarşısından ümumi dəyəri 1440 manat olan skuter və velosiped oğurlamaqda şübhəli bilinən 25 yaşlı M.Cəfərov və 23 yaşlı A.Poladov da polis tərəfindən saxlanılıblar.
Faktlar üzrə araşdırmalar aparılır.