Ağ Evdəki atışmanın günahkarı ağır cəzalandırılacaq - Tramp

08:08 - 27 Noyabr 2025 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında iki Milli Qvardiya üzvünə edilən hücumu terror aktı və millətə qarşı cinayət adlandırıb.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri videomüraciətində qeyd edib ki, cinayətkar ən ağır cəza ilə üzləşəcək.

"Bu dəhşətli hücum şər, nifrət və terror aktı idi. Bu, bütün millətimizə, insanlığa qarşı cinayət idi. Bu gecə bütün amerikalıların qəlbi bu iki Qərbi Virciniya Milli Qvardiya üzvü və onların ailələri ilədir", - deyə o bildirib.

"Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, bu vəhşiliyi törədən heyvanın son bədəli ödəməsini təmin etməyə qərarlıyam", - deyə Tramp əlavə edib.

Xəbər xətti