"Ajax" zirehli maşınlarının istifadəsi dayandırıldı - eşitmə problemi yaradır

23:16 - 25 Noyabr 2025 - DÜNYA

Böyük Britaniya Müdafiə Nazirliyi hərbçilər arasında eşitmə problemləri səbəbindən yeni "Ajax" zirehli döyüş maşınlarının istifadəsini dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Financial Times qəzeti müdafiə nazirliyinin sözçüsünə istinadən məlumat yayıb.

Qərar müdafiə nazirinin müavini Luke Pollard tərəfindən ehtiyat tədbiri kimi verilib.

"Ajax" maşınlarının təhlükəsizliyi nəzərdən keçirildiyi müddətdə dayandırma iki həftə müddətində qüvvədə olacaq.

Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, ötən həftə sonu zirehli maşınlarla təlim keçdikdən sonra təxminən 30 hərbçi eşitmə problemlərindən şikayətlənib. Onlardan bəzilərinə tibbi yardım lazım olub.

Xəbər xətti