Ukraynanın qalib gəlməsi illüziyadır - Vens

08:50 - 22 Noyabr 2025 - DÜNYA

Ukraynaya hərbi yardımın artırılması və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Kiyevin münaqişədə qalib gəlməsinə imkan verəcəyi fikri illüziyadır.

Ucnoqta.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti J.D. Vens bunu cümə günü bildirib.

"Əgər biz sadəcə daha çox pul, daha çox silah versək və ya daha çox sanksiya tətbiq etsək, qələbənin əlçatan olacağına dair bir illüziya var. Sülhə illüziyalar dünyasında yaşayan uğursuz diplomatlar və ya siyasətçilər nail ola bilməz.

Bunu real dünyada yaşayan ağıllı insanlar əldə edə bilər", - deyə o, X-də Ukrayna üçün yeni Amerika sülh planına istinad edərək yazıb.

Vensin sözlərinə görə, administrasiyanın üzərində işlədiyi bu sülh planına qarşı hər hansı bir tənqid ya onun səhv başa düşülməsinə, ya da yerindəki vacib reallıqların təhrif olunmasına əsaslanır.
ABŞ vitse-prezidentinin vurğuladığı kimi, münaqişənin həlli ilə bağlı hər hansı təklif həm Rusiya, həm də Ukrayna üçün məqbul olmalı və həmçinin hərbi əməliyyatların yenidən başlama ehtimalını minimumlaşdırmağa yönəlməlidir.

Xəbər xətti