Netanyahu Qəzza planının ikinci mərhələsi üçün bir qrup nazir təyin etdi

14:46 - 21 Noyabr 2025 - DÜNYA

İsrail Baş naziri Binyamin Netanyahu Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi üçün məsul bir qrup nazir təyin etmək qərarını verib.

Ucnoqta.az bildirir ki, bu barədə Ynet portalı məlumat verib.

Portala görə, Netanyahunun rəhbərlik etdiyi nazirlər qrupuna müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, ədliyyə naziri Yariv Levin, maliyyə naziri Bezalel Smotrich və milli təhlükəsizlik naziri İtamar Ben-Gvir daxil olacaq.

Portal kabinetdəki mənbəyə istinadən xəbər verir ki, yeni qrup yaxın günlərdə işə başlayacaq.

Xəbər xətti