Bu yollarda tıxac var - Siyahı

08:14 - 20 Noyabr 2025 - AVTO

Bakının bəzi küçələrində nəqliyyat sıxlığı müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: 
 1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər xətti