Regional Təhsil İdarəsinin müdir müavini işdən çıxdı

17:14 - 6 Noyabr 2025 - Xəbər

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Hüseynov öz ərizəsi ilə vəzifəsindən azad olunub. 

Ucnoqta.az xəbər verir ki, Hüseyn Hüseynov bu barədə sosial media hesabında paylaşım edib.

O, peşə fəaliyyətini artıq Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində davam etdirir. Bununla bağlı İdarə müdiri müvafiq əmr imzalayıb.

Xəbər xətti