Tramp Misir sammitində kuryoz vəziyyətə düşdü

08:37 - 14 Oktyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Misirdə Şarm əl-Şeyx sülh sammiti zamanı kuryoz vəziyyətlə üzləşib.

Ucnoqta.az Daily Beast-ə istinadən bildirir ki, Kanadanın baş naziri Mark Karni Trampın Şimali Amerika liderini “baş nazir” əvəzinə “prezident” adlandırmasından sonra zarafatla ona düzəliş edib.

"Yaxşı, məni prezidentliyə yüksəltdiyiniz üçün şadam" - Karni gülümsəyərək deyib.

Tramp səhvini anlayıb, Karninin çiynini mehribancasına vuraraq və sonra gülümsəyərək cavab verdi:

Ən azından “qubernator” deməmişəm”.

Xəbər xətti