ABŞ prezidenti Donald Tramp Misirdə Şarm əl-Şeyx sülh sammiti zamanı kuryoz vəziyyətlə üzləşib.
Ucnoqta.az Daily Beast-ə istinadən bildirir ki, Kanadanın baş naziri Mark Karni Trampın Şimali Amerika liderini “baş nazir” əvəzinə “prezident” adlandırmasından sonra zarafatla ona düzəliş edib.
"Yaxşı, məni prezidentliyə yüksəltdiyiniz üçün şadam" - Karni gülümsəyərək deyib.
Tramp səhvini anlayıb, Karninin çiynini mehribancasına vuraraq və sonra gülümsəyərək cavab verdi:
Ən azından “qubernator” deməmişəm”.