Toliki təhqir edən şəxs həbs olundu

10:36 - 8 Oktyabr 2025 - HADİSƏ

Sosial şəbəkədə qeyri-etik davranış nümayiş etdirən şəxs barəsində hüquqi tədbir görülüb.

Ucnoqta.az xəbər verir ki, məlumata görə, Zaur adlı şəxs 06 oktyabr 2025-ci il tarixində gecə saatlarında "TikTok" sosial şəbəkəsində canlı yayım zamanı Tarix Əliyevi nalayiq ifadələrlə təhqir edib. Daha sonra o, Tarix Əliyevə zəng edərək söyüş və təhqirləri davam etdirib, onunla görüşməyi tələb edib.

Zaur adlı şəxs Nərimanov rayonu ərazisində görüş yerinə gələndə yenidən təhqiredici ifadələr işlədib. Həmin vaxt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Zaur adlı şəxs təqsirli bilinib və 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

Xəbər xətti