Bakıda fəhlə faciəli şəkildə ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda qeydə alınıb.
Vurğulanıb ki, zavodun təmir işləri aparan 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.