Lökbartanda ağır qəza - ölənlər var

10:07 - 30 Sentyabr 2025 - HADİSƏ

Lökbatanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Abşeron” ticarət mərkəzinin qarşısında baş verib.

1995-ci il təvəllüdlü Elməddin Abbasov, 1996-cı il təvəllüdlü Elxan Sadıxov idarə etdikləri avtomobillərin iştirakı qəza baş verib.

Hadisə nəticəsində Elməddin Abbasov və sərnişin 1978-ci il təvəllüdlü Aynurə Xankişiyeva xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.

Fakta bağlı cinayət işi başlanılıb.

Xəbər xətti