Matç zamanı başından zədə alan qapıçı öldü

20:46 - 29 Sentyabr 2025 - HADİSƏ

"Kolindres"in qapıçısı Raul Ramires sentyabrın 27-də İspaniyanın beşinci liqasında keçirilən oyun zamanı aldığı zədədən sonra dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.

Faciəli hadisə Santanderdə baş verib: Matç zamanı qapıçı kəllə-beyin travması alıb və bu, sonradan iki dəfə ürək dayanmasına səbəb olub.

 Futbolçu yerli xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Xəbər xətti