ABŞ-nin Oreqon ştatı ABŞ prezidenti Donald Tramp administrasiyasını “daxili terrorizmlə mübarizə” məqsədilə Portlendə Milli Qvardiya qoşunlarının yerləşdirilməsi əmrinə görə məhkəməyə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb.
Məlumata görə, ştatın prokuroru Den Reyfild sentyabrın 28-də Oreqon məhkəməsində “Milli Qvardiyanın qeyri-qanuni federallaşdırılmasını” əsas gətirərək iddia qaldırıb.
Qubernator Tina Kotek sentyabrın 27-də Trampla telefonla danışdığını bildirib və onu əmin edib ki, ştatın hər hansı digər şəhəri kimi Portlend də ABŞ-ın milli təhlükəsizliyinə heç bir təhlükə yaratmır.