ABŞ prezidenti Donald Tramp sentyabrın 2-də Ağ Evin Oval Ofisindən açıqlama verəcək.
Ucnoqta.az xəbər verir ki, bu, Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidmətinin dərc etdiyi iş qrafikində göstərilib. Dövlət başçısının planlaşdırılan açıqlamasının mövzusu açıqlanmayıb. Açıqlamanın yerli vaxtla saat 14:00-da olacağı qeyd olunub.