İsrail Qəzzada diplomatiyaya razıdır, lakin ... - Netanyahu

00:12 - 11 İyul 2025 - DÜNYA

İsrail Qəzza zolağında münaqişənin diplomatik yolla həllinə razıdır.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-a səfəri zamanı baş nazir Benyamin Netanyahu deyib. Onun israillilərə müraciətinin videoyazısını baş nazirin ofisi yayıb.

Netanyahu vurğulayıb ki, İsrail anklavda 60 günlük atəşkəsə razıdır, lakin tam demilitarizasiyada və radikal Fələstinin HƏMAS hərəkatının sektorda hakimiyyətdən uzaqlaşdırılmasında israrlıdır.
Baş nazir bildirib ki, diplomatiya nəticə verməsə, İsrail bu məqsədinə hərbi yolla nail olmaq niyyətindədir. O qeyd edib ki, iyulun 9-da Qəzzada saxlanılan girovların bir qrup qohumu ilə ABŞ-da görüşdə bu mövqeyini açıqlayıb.

“Biz bütün girovları geri qaytarmaqda qərarlıyıq, mən onlara dedim. Mən onlara dedim ki, biz indi 60 günlük atəşkəs müqabilində diri və ölü girovların yarısının azad edilməsinə nail olmağa çalışırıq.
Bu atəşkəsin başlanğıcında biz müharibənin daimi dayandırılması, yəni daimi atəşkəs haqqında danışıqlara başlayacağıq. Buna nail olmaq üçün bizim irəli sürdüyümüz minimum şərtləri yerinə yetirmək lazımdır: Həmas silahı yerə qoyur, Qəzza silahsızlaşdırılır, orada artıq HƏMAS-ın inzibati və hərbi potensialı yoxdur. Bunlar bizim əsas şərtlərimizdir”, - deyə baş nazir qeyd edib.

"Əgər buna danışıqlarda nail olmaq olarsa, bir o qədər yaxşıdır. Əgər 60 gündən sonra danışıqlarda buna nail olunmasa, biz qəhrəman ordumuzun gücündən istifadə edərək başqa yollarla buna nail olacağıq", - Netanyahu əlavə edib.

Xəbər xətti