Çərşənbə axşamı Qvatemalada baş verən silsilə zəlzələlər nəticəsində ən azı iki nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qvatemala Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Koordinasiya Komitəsi X-də məlumat yayıb.
Məlumata görə, ilkin olaraq yeraltı təkanlar nəticəsində 2 nəfər ölüb, 324 nəfər xəsarət alıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
43 binaya ciddi ziyan dəyib.