Nayrobidə polis hökumət əleyhinə nümayişçilərə atəş açıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, ölənlər var.
7 iyul Keniyada "Saba Saba" kimi tanınan milli etiraz günüdür. 7 iyul 1990-cı ildə Keniyada azad seçkilər tələbi ilə ümummilli nümayiş keçirilib.
O vaxtdan bəri müxalifət hər il bu gündə etiraz aksiyaları keçirir.