Türkiyədə 65 meşə yanğını ilə bağlı 44 nəfər saxlanılıb

23:33 - 4 İyul 2025 - DÜNYA

Türkiyədə baş verən 65 meşə yanğınının səbəbləri ilə bağlı aparılan araşdırmalar çərçivəsində 10-u barəsində həbs qətimkan tədbiri seçilən 44 şübhəli saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Nazir bildirib ki, 26 iyun - 4 iyul 2025-ci il tarixləri arasında 12 əyalətdə baş vermiş 65 meşə yanğını ilə əlaqədar 44 şübhəli saxlanılıb. Onlardan 10-u həbs edilib, 6-sı məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Yerlikayanın szlərinə görə, 13 şübhəli ifadə verib, 15 saxlanılan şəxs barəsində məhkəmə prosesi gedir.

Yerlikaya qeyd edib ki, ən böyük yanğınların baş verdiyi İzmir vilayətində baş verən yanğınların səbəbləri ilə bağlı aparılan araşdırmalar çərçivəsində iki yanğının qaynaq maşını və bucaq maşınından ehtiyatsız istifadə nəticəsində baş verdiyi müəyyən edilib.

Daha bir yanğın da insan səhvi ucbatından baş verib. 15 nəfər saxlanılıb, onlardan 4-ü həbs edilib.

Xəbər xətti