2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən hərbi əməliyyatlar və İsrail silahlı qüvvələrinin atəşə tutması nəticəsində həlak olan fələstinlilərin sayı 57 mini keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, münaqişə nəticəsində 57 012 nəfər ölüb, 134 592 nəfər yaralanıb və tibbi yardıma müraciət edib.
Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində Qəzzada həkimlər və xilasedicilər 142 qurbanın cəsədini tapıblar.